Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusun zəif nöqtəsi aşkar edilib

06 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Kanzas Universitetinin alimləri koronavirusa qarşı terapevtik vasitəni uğurla sınaqdan keçirib.

Press.az-ın məlumatına görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19 infeksiyasına səbəb olan SARS-CoV-2 koronavirusunun inkişafında əsas ferment 3CLpro proteazasıdır.

Laboratoriya şəraitində keçirilən sınaqlar zamanı MERS koronavirusuna yoluxmuş siçanlar üzərində proteaz inhibitorları istifadə olunub. Nəticədə yoluxmuş bölgəyə hədəflənmiş terapevtik vasitə virusun replikasiyasının qarşısını alıb.

Alimlərin fikrincə bu vasitələrdən əldə olunacaq preparatlar koronavirusların orqanizmdə çoxalmasının qarşısını ala bilər. Eksperimentdə təsvir olunan preparatlar “Cocrystal Pharma” şirkəti tərəfindən patentləşdirilib. Bu preparatların insanlar üzərində səmərəliliyi də yoxlamadan keçiriləcək.

Oxşar xəbərlər
OTACI