Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın yen transferi ulduz futbolçuların sırasında

05 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb.

Press.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yeni transferi Uroş Matiç də siyahıda yer alıb.

Serbiyalı yarımmüdafiəçi icarə əsasında Kiprin APOEL klubunda çıxış edərkən aktivinə 4 qol ötürməsi yazdırıb. O, Bruno Fernandeş (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI