Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaşda qaydaları pozan 17 velosipedçi cərimə olunub

05 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Reyddə qaydalara əməl etməyən 17 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Oxşar xəbərlər
OTACI