Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İyul və avqust ayları üçün 190 manat kimə verilə bilər? - AÇIQLAMA

05 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

13 şəhər və rayonda şərh karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt katantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Aprel-may ayında bütün bölgələr üzrə 190 manat bir dəfəlik müavinət verilsə də iyun ayında yalnız sərt karantin rejimi tətbiq edilən rayonlarda qeydiyyatda olanlara verildi. Qeyd edək ki, elə insanlar var ki, sərt karantin rejimi tətbiq edilməyən rayonda qeydiyyatda olsa da, Bakıda yaşayır və işsizdir. Avqust ayında 190 manat birdəfəlik müavinət Bakıda yaşayan digər rayon qeydiyyatında olan şəxslərə verilə bilərmi?

Pess.az xəər verir ki, bununla bağlı KONKRET.az-a danışan deputat Əli Məsimli bildirib ki, İqtisadiyyat Nazirliyi sahibkarlar arasında sosioloji sorğular aparıb və pandemiyanın təsirinə məruz qalan sahibkarların düşdüyü vəziyyəti öyrənib:

“Güman edirik ki, həmin sosioloji sorğuların nəticələri sahibkarlara dövlət dəstəyinin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu baxımdan həmin sorğuları təqdir edirik və nəticələrə müsbət təsir edəcəyini arzulayırıq. Bu üsulu 190 manatla bağlı yardım ətrafında yaranan vəziyyətə də şamil etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 190 manatla bağlı şikayətlər araşdırılır. Həmin araşdırmalarla yanaşı təklif edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də işsizlər, eləcə də pandemiya nəticəsində işlərini itirənlər, digər aztəminatlı təbəqələr arasında sosioloji sorğular keçirsin. Onda məlum olacaq ki, günəmuzd işləyənlər, iş yerləri bağlandığından işlərini itirənlər və digər aztəminatlılar nə vəziyyətdədir”.

Deputat qeyd edib ki, 190 manatlıq yardım əvvəlcə 200 min nəfər üçün nəzərdə tutulsa da, sonradan say 600 min nəfərə çatdırıldı və bu məqsədlə 229 milyon manat xərclənildi:

“Sonra iyun ayı üçün 190 manatlıq müavinət təqribən 300 min nəfərə yaxın adama tətbiq edildi və bu məqsədlə 55 milyon manat, aprel-may-iyun aylarıda isə imkansızlara 190 manat verilməsi üçün ümumi 284 milyon manat pul paylanıldı. Bu, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan 3,5 milyard manatlıq paketlərin ümumi məbləğinin cəmi 8 faizi qədərdir. Hesab edirik ki, əgər sərt karantin rejimi ilə “evdə qal prinsipi” tətbiq olunmaqda davam edirsə, imkansız vəziyyətə düşən insanlara iyul və avqust ayları üçün də 190 manatın verilməsi davam etdirilməlidir. Eyni zamanda heç bir səbəb olmadan aprel ayından sonra növbəti aylarda 190 manat almağa hüququ çatsa da, almayan insanların məsələsinə yenidən baxılıb, kompensasiya ilə təmin olunmalıdır”.

Əli Məsimli vurğulayıb ki, kartlarına 190 manat köçürülsə də, həmin pulu vaxtında çıxarmayan insanların da kartının blokdan açılmasını zəruri hesab edirik:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə xeyirxah addım atmaq niyyətindədir. Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar. İndi işlərini itirib rayona gedə bilməyənlər hesabına işsizlərin xeyli hissəsi Bakıda cəmləşib. Eyni zamanda vətəndaş10-15 il faktiki olaraq Bakıda yaşayır və aprel-may aylarında 190 manat alsa da, sonradan sərt karantin rejimi regional kəsimdə tətbiq ediləndə həmin yardım kəsilib.Bu məsləyə də aydınlıq gətirilsə, yaxşı olar”.

Oxşar xəbərlər
OTACI