logo
First slide

Premyer Liqaya qayıtdılar

05 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Növbəti mövsüm İngiltərə Premyer Liqasında oynamağa vəsiqə qazanan sonuncu klub da müəyyənləşib.

Press.az xəbər verir ki, bu, "Fulhem"dir. Komanda Çempionşipin pley-off mərhələsinin finalında "Brentford"u 2:1 hesabı ilə məğlub edərək buna nail olub.

"Brentford" - "Fulhem" - 1:2

Qollar: Brayen, 105 (0:1), 117 (0:2), Dalsqaard, 120 (1:2)

Beləliklə, "Fulhem" 1 ildən sonra yenidən elitaya qayıdıb.

Xatırladaq ki, komanda 2018/2019 mövsümündə Premyer Liqanı 19-cu pillədə başa vurduğu üçün yüksək liqanı tərk etmişdi.

Oxşar xəbərlər
OTACI
OTACI