Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyada azarkeşlər tribunaya qayıdır

04 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyada futbol çempionatlarının yeni mövsümdən azarkeşlərin iştirakı ilə keçirilməsi gözlənilir.

Press.az yerli mətbuata istinadən xəbər verir ki, Almaniya klublar birliyinin (DFL) bununla bağlı hazırladığı təklif paketi klublar tərəfindən qəbul olunub.

Birinci və ikinci Bundesliqadan 36 klub DFL-in videokonfrans formatında olan toplantısında azarkeşlərin tribunalara qayıtmasını dəstəkləyib.

Yeni qaydaya əsasən, stadiona ilin sonuna qədər ancaq ev sahibi komandanın azarkeşləri buraxılmalıdır. Bundan başqa, 31 oktyabra qədər ayaq üstə oyun izləyən azarkeş olmamalıdır və stadionda alkoqollu içkilərin satışına icazə verilməməlidir.

DFL prezidenti Kristian Şeyfert isə toplantıda bildirib ki, yeni mövsümdən azarkeşlərin oyunlara buraxılıb-buraxılmaması ilə bağlı son qərarı hər klubun təmsil olunduğu bölgənin yerli icra orqanı verəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Almaniyada oyunlar may ayından azarkeşsiz keçirilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI