Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nicat "Samtrediya"ya iki həftə kömək edə bilməyəcək

04 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan çempionatının 8-ci turunda Batumi “Dinamo”su ilə oyunun 10-cu dəqiqəsində zədələnən "Samtrediya"nın azərbaycanlı futbolçusu Nicat Qurbanovun durumuna aydınlıq gəlib.

Press.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ağır zədəyə görə meydanı erkən tərk etməli olan yarımmüdafiəçi bu gün müayinədən keçib.

Qurbanovun əzələ problemi olduğu və azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Qeyd edək ki, 8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu mövsüm 3 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI