Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Ayda 10 gün Azərbaycanda işləyəcəyəm" - De Byazinin köməkçisi

04 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yeni işim mənə çox maraqlı gəlir. Sözsüz ki, bu iş digərlərindən fərqlənir".

Press.az xəbər verir ki, bu sözləri milli komandamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi Alessandro Skayya deyib.

Fiziki hazırlıq üzrə italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında avqustun 9-da Bakıya yola düşəcəyini bildirib: "Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyunumuzu keçirəcəyik. Turnirə daha yaxşı hazırlaşmaq üçün bu aydan Azərbaycanda olacağıq. Sonra isə hər ayın təqribən 10 gününü və ya hər hansı rəsmi öhdəlik götürənədək bu ölkədə işləyəcəyəm".

Qeyd edək ki, Alessandri Skayya Canni De Byazinin dörd italiyalı köməkçisindən biridir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI