Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əlillik təyinatında yenilik

04 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazir müavini: "Hər qüsura əlillik demək olmaz"

Press.az "Real TV"yə istinadən xəbər verir ki, əlilliyin təyinatı ilə bağlı nazirlik tərəfindən yeni meyarlar hazırlanır.

Bunu Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, Nazirliyə müvafiq tapşırıq verilib ki, əsassız əlillik təyinatlarına ciddi nəzarət etsin:

Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir.

Tibbi sahədə də TƏBİB-lə sıx işləyirik. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var.

Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir.

 

Oxşar xəbərlər
OTACI