Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib

04 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, ölkədə test çatışmazlığı yoxdur. Testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim edilir.

Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVİD-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getmədiyi və buna səbəb kimi testin olmadığı bildirilir.

Hazırda Bakıda COVİD-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

Trend

Oxşar xəbərlər
OTACI