Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

04 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq. Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklər baş tuta bilər.

Press.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkə ərazisində sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb:

“Hazırda toyların və yasların keçirilməsinə qoyulan qadağa davam edir. Sentyabrın 1-dən sonra toyların keçiriləcəyinə icazə veriləcəyi ilə bağlı yayılan məlumatlardan xəbərsizəm. Hələlik bu barədə heç bir qərar yoxdur”.

Oxşar xəbərlər
OTACI