Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yüksək vəzifəli şəxs AĞIR YARALANDI - FOTO

04 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb. 

Press.az Apa-ya istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewo”, “Tayota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü  Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb. 

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda zəncirvari qəza baş verib.

Məlumata görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ-2107” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlarda birinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.  

Qeyd edək ki, hadisənin əsas iştirakçısı olan “VAZ-2107” markalı avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI