Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arda Turan “Qalatasaray”a qayıdır

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.

Press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.

Ötən mövsümün qış fasiləsində “Qalatasaray”a keçmək üçün “Başakşəhər”dən ayrılan Arda yarım illik gecikmə ilə “sarı-qırmızılar”a qoşulacaq. O, “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.

Anlaşmada dəqiq maaşla bağlı bənd olmayacaq. 33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq.

Qeyd edək ki, Arda 2004-11-ci illərdə də “Qaıatasaray”ın formasını geyinib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI