logo
First slide

Qarabağ üzrə sabiq həmsədr: “Minsk qrupu bu problemi həll etmək iqtidarında deyil”

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Döyüşlər təmas xəttində deyil, Ermənistanın Azərbaycanla sərhədində baş verdi. Niyə bu indi baş verdi? Bu, hələ cavablandırılmamış əsas sualdır”.

Bu sözləri “Amerikanın səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Xoqland Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirərkən deyib.

O bildirib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə qeyri-rəsmi söhbəti olub:

“Hazırda onlar gərginlik zonasında müşahidə missiyasını həyata keçirə bilmirlər. Minsk qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərdi. Ancaq məndə elə hiss var ki, onlar bu problemi həll etmək iqtidarında deyillər.

Minsk qrupu Rusiya kimi nəhəngin dəstəyi ilə belə bu problemi həll edə bilmir”.

Oxşar xəbərlər
OTACI
OTACI