Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı AÇIQLAMA

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Epidemioloji vəziyyət nəzərə alınmaqla, dövlət orqanlarının işçilərinin hansı say tərkibində işə çıxması məsələsi müzakirə olunmaqdadır”.

Press.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda yay mövsümü olduğu üçün dövlət orqanlarında iş yükü azalıb:

“Dövlət orqanlarının işçilərinin məhdudlaşdırıcı və ya növbəli prinsiplərlə işə çıxması müzakirə olunur. Dövlət qurumlarının iş yükü nəzərə alınmaqla qərar veriləcək”.

Oxşar xəbərlər
OTACI