Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisindən kineateatrların açılması məsələsi ilə bağlı AÇIQLAMA

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Vergi ödəyiciləri pandemiya çərçivəsində ən çox əziyyət çəkən sahələrdən biridir. Kütləvi şəkildə toplanma olduğu üçün kinoteatrlar və bu kimi müəssisələr bu kateqoriyalardandır”.

Press.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən dəstək çərçivəsində birinci proses zamanı bu kimi strukturlar nəzərə alınmışdı:

“Vergi ödəyicilərinə ikinci yardımların verilməsi prosesi başlayır. Dövlət tərəfindən özəl sektor qarşısında qoyulan tələblərdən biri işçilərin ixtisara salınmamasıdır”.

H.Hacıyev qeyd edib ki, hazırda kütləvi toplaşmanı özündə ehtiva edən müəssisələrin fəaliyyətinə icazə verilmir:

“Aidiyyəti kanallar vasitəsilə nüraciət olan zaman onların müraciətləri nəzərdən keçiriləcək və yardımlara baxılacaq”.

Oxşar xəbərlər
OTACI