Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Koronavirusdan sağalan xəstələrin donor kimi qan verməsi könüllü prosesdir".

Press.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi xəstə insanların müalicəsi üçün istifadə edilir: "Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Amma kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Mən müraciət edirəm ki, qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var".

Oxşar xəbərlər
OTACI