Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisindən xaricdən gələn vətəndaşlarla bağlı açıqlama

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hazırkı yumşalma tendensiyalarını nəzərə alınaraq xaricdən gələn vətəndaşlarla bağlı müəyyən fərqli qaydaların tətbiq olunması nəzərdən keçirilməkdədir”.

Press.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Bununla əlaqədar müzakirələr aparılıb. Ümumi fikir budur ki, xaricdən gələn vətəndaşlar həmin ölkədə 48 saatlıq etibarlılığı olan test veriblərsə, onlar Bakı hava limanında haqqı özləri tərəfindən ödənilməklə təkrar test verə bilərlər, test verilmədiyi təqdirdə onlar karantinə göndəriləcəklər. Hazırda bu məsələnin detalları üzərində işlənilir”, - o əlavə edib. 

Oxşar xəbərlər
OTACI