Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Babazənan dağlarında min bir dərdin dərmanı olan bulaqlar baxımsız qalıb - VİDEO

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bura Babazənan dağlarıdır. İnsan sağlamlığı üçün olduqca faydalı isti suları, bulaqları var.

Əsrlərdir ki, dağın ətəklərində bu isti sular, bulaqlar qaynayaraq üzə çıxır, insanlar bunlardan yetərincə faydalanırlar. Şəfa tapmaq üçün bura təkcə yerli sakinlər, ətraf bölgələrdən deyil, hətta bir sıra xarici ölkələrdən gələnlər olur. 

Press.az Baku TV-yə istinadən xəbər verir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üç-dörd gün vanna qəbul etdikdən sonra isti suların müalicəvi əhəmiyyətini hiss edirlər.

Radikulit, revmatizm, xüsusilə də qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün həmin isti sular əvəzsizdir. 

Bulaqdakı hidrogen-sulfid qazı dəri xəstəlikləri ilə yanaşı, şişxassəli xəstəlikləri törədən ağır metalları belə bədəndən çıxarır. İsti suların baxımsız qalması isə şəfa tapmaq üçün bura üz tutanları daha çox narahat edir.

Mütəxəssislər hesab edir ki, sözügedən ərazidə turizmi inkişaf etdirmək üçün potensial imkanlar var. 

Oxşar xəbərlər
OTACI