Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər azərbaycanlı iş adamına hücum etdi - Foto

03 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçdə yaşayan azərbaycanlı iş adamı, Qarabağ qazisi Kənan Hacıəkbəroğlu ermənilərin hücumuna məruz qalıb.

Press.az Musavat.com-a istinadla xəbər verir ki, həmvətənimiz ötən gün Höteborqda “Vitt Hem Qarabağ” restoranından çıxıb, evinə gedib. Avtomobilini evinin qarşısında saxlayan zaman ona yaxınlaşan dörd nəfərin hücumuna məruz qalıb. Onlar K.Hacıəkbəroğluya baş və bədən nahiyəsindən xəsarət yetiriblər, erməni dilində təhqir ediblər.

Həmvətənimiz çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Ermənilər “Qarabag” dövlət nömrə nişanlı “Volvo” avtomobilini də əziblər.

Hadisə yerinə polis çağırılıb. İş adamını döyərək qaçan ermənilərin şəxsiyyətlərinin müəyyən olunması üçün araşdırmalara başlanılıb.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhrəmancasına şəhid olub.

O, məşhur batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur.

Oxşar xəbərlər
OTACI