Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın 30-dan çox ştatında kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində təxminən 400 nəfər salmonellyoza yoluxub.

Press.az Report-a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı bildirib.

ABŞ-ın Səhiyyə Nazirliyi yanında Ərzağın və Dərmanların keyfiyyət məsələləri üzrə idarəsi infeksiyanın mümkün mənbəyi kimi Kaliforniyanın “Thomson International” şirkəti tərəfindən yetişdirilən qırmızı soğanı göstərib.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına görə, hazırda ölkədə salmonellyoza 396 yoluxma qeydə alınıb. Yoluxma ilə bağlı artıq 60 nəfər xəstəxanaya yerləşdirilib, ölüm hadisəsi qeydə alınmayıb. Kanadada telekanalı da ölkədə bağırsaq infeksiyasının yayılması haqqında bildirib. Qeyd edilir ki, bu, ABŞ-la bağlı ola bilər.

Oxşar xəbərlər
OTACI