logo
First slide

Paşinyandan ŞOK etiraf: "Xocalı soyqırımını Rusiya törədib" - VİDEO

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı bütün dünyanı şoka salan iddia ilə çıxış edib.

Press.az xəbər verir ki, Paşinyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən vəhşiliklərin əslində Rusiya ordusu tərəfindən həyata keçirildiyini bildirib.

Bununla bağlı Rusiya televiziyası tarixçi, qafqazşünas Oleq Yuriyeviç Kuznetsovdan müsahibə alıb.

Həmin müsahibədə O.Kuznetsov bildirib ki, əslində Xankəndində yerləşən 366-cı alay həmin vaxt statusuna görə MDB-nin Birləşmiş Ordu Komandanlığına tabe olub və mart ayında Rusiyanın tabeçiliyinə verilməli idi: "Amma ermənilər bu alayın Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasına köçürüləcəyindən bərk narahat idilər. Çünki bu alayın tərkibindəki əsgər və zabitlərin tən yarısı erməni millətindən ibarət idi və 366-cı alay Dağlıq Qarabağdakı separatçıların əsas silah təchizatçısı idi. Ermənilər bu və ya digər şəkildə həmin silahlardan Azərbaycan dövlətinə və yerli azərbaycanlılara qarşı istifadə edirdilər. Və alayın köçürülməsi onları bərk qorxuya salmışdı. Fevral ayının 24-də Alayın komandiri zabit heyətinin toplantısını çağırır və elan edir ki, 366-cı alay Vazianiyə köçürülür, martın 2-də hərbi texnika və sursat buradan çıxarılacaq.

Həmin vaxt alayın zabitlərindən biri –sonradan Ermənistanın müdafiə naziri olan mayor Seyran Ohanyan alay komandirinə qarşı tabesizlik nümayiş etdirir, daha doğrusu hərbi qiyam qaldırır. Bu məsələdə ona ASALA-nın rəhbəri, ABŞ ermənisi, Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə ad çıxarmış Monte Melkonyan və onun qardaşı Markar Melkonyan, eyni zamanda Yaxın Şərq ölkələrindən - Suriya, Livan, İordaniyadan bura gətirilmiş “ARABO” adlanan muzdlu ordu dəstək verirdi.

Qeyd edim ki, ARABO muzdlularına ABŞ ordusunun dəniz piyada qoşunlarında xidmət etmiş yaşıl beret Jirayr Safilyan təlim keçirdi. Beləliklə, fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri qiyam qaldırmış erməni hərbçilər, Dağlıq Qarabağ separatçıları, ARABO və digər silahlı dəstələr tərəfindən 366-cı alayın ağır texnikası və digər atıcı silahlarının dəstəyi ilə yerlə yeksan edildi. Yüzlərlə uşaq, qoca, qadın gülləbaran edildi, bəşəriyyət tarixinin ən qanlı hadisələrindən biri baş verdi.

SİA

 

Oxşar xəbərlər