Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Korona xəstələri bu vitaminləri qəbul etməlidir

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyasından sağalan xəstələr sağlamlıq vəziyyəti pis olduqda B qrupu və D vitaminlərini qəbul etməlidir.

Press.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə kardioloq Tatyana Rıbka deyib.

Həkim, həmçinin COVİD-19-dan sağalanlara istirahət rejiminə riayət etmələrini və daha çox gəzmələrini tövsiyə edib. O, xəstəliyə yeni yoluxmuş və ya soyuqdəymə simptomları olanlara dərhal həkimə müraciət etməyi məsləhət görüb.

“Müalicə rejimləri işlənib hazırlanıb, bir çox hallarda evdə özünütəcrid rejiminə riayət etməklə müalicə olunmaq kifayətdir. Biz həkimlər yüzlərlə xəstə gördük: COVİD-19-dan lazımi qaydada müalicə olunan insanlarda xəstəliyin uzunmüddətli nəticələrinin yaranma riski minimaldır”, - həkim qeyd edib.

Koronavirus pandemiyasının davam etdiyini deyən kardioloq, həmçinin vətəndaşları bütün təhlükəsizlik tədbirlərinə riayət etməyə və maskaları unutmamağa çağırıb.

Oxşar xəbərlər
OTACI