Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dadaşovdan növbəti qol

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın birinci liqasında (USL) 5-ci turun oyunları keçirilib.

Press.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "El Paso"nu qəbul edib. Matç "Finiks Rayzinq"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət oyuna start heyətdə daxil olub, 82-ci dəqiqəyədək mübarizə aparıb. O, 19-cu dəqiqədə  penaltidən hesabı açıb. Dadaşov bundan əlavə 1 qolun vurulmasında da iştirak edib.

Bu, futbolçumuzun mövsümdəki 4-cü qolu olub.

Qeyd edək ki, "Finiks" hazırda 10 xalla B qrupunda 2-cidir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI