Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz” bayram münasibətilə sosial aksiya keçirib

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qurban bayramı münasibətilə “Azəriqaz” İstehsalat Birliyi sosial aksiya keçirib.

“Azəriqaz”dan Press.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Birliyə qaz çəkilişləri və qaz təsərrüfatına dair müəyyən problemlərinin həlli ilə bağlı üz tutan vətəndaşların müraciətləri təmin olunub.

Bir neçə şəhər və rayonda bu müraciətlər məhz Qurban bayramı ərəfəsində icra edilib. Mingəçevir şəhərində yaşayan Qarabağ qazisi Tahir Hüseynovun fərdi yaşayış evinə qaz çəkilişi də bu sosial aksiyanın tərkib hissəsi olub. Bundan başqa iyulun 24-də onlayn vətəndaş qəbulu zamanı fərdi yaşayış evinə qaz çəkilişi üçün müraciət edən Oğuz rayonu sakini Abulfət Daşdəmirov və qapı keçidi üçün qaz xəttinin yerini dəyişdirmək istəyən Zivər Osmanovanın bütün işləri Birliyin hesabına görülüb.

Eyni zamanda Quba rayonundan “Azəriqaz” İB-yə müraciət edən 2-ci qrup əlil Şahin Əhmədovun fərdi yaşayış evinə də qaz çəkilişi başa çatdırılıb.

Görülən işlərdən bəhrələnən vətəndaşlar diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar yerlərdə sakinlərin mərhələli şəkildə aparılan qazlaşma işlərindən məmnun olduqlarını dilə gətiriblər.

Oxşar xəbərlər
OTACI