Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qızıl buts"un sahibi məlum oldu

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Latsio"nun futbolçusu Çiro İmmobile A seriyasında bombardirlik rekordu yeniləyib və "Qızıl buts" qazanıb.

Press.az xəbər verir ki, 30 yaşlı oyunçu buna 38-ci turda "Napoli" ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb. İmmobile bununla da "Napoli"nin sabiq futbolçusu Qonsalo İquainin 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.

Qeyd edək ki, bu mövsüm ən çox qol vuran 2-ci futbolçu  "Bavariya"dan Robert Levandovski (34 qol), 3-cü isə "Yuventus"dan Kriştiano Ronaldo (32 qol) olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI