Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ƏƏSMN 6 ayda 646 min vətəndaşın müraciətini cavablandırıb

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun) 25,5 mindən çox vətəndaş  fərdi qaydada qəbul edilib.

Press.az xəbər verir ki, onlardan 869-nu nazir, nazir müavinləri, nazirliyin Aparat rəhbəri və digər rəhbər vəzifəli şəxsləri qəbul edib.

Yanvar-iyun aylarında ümumilikdə Nazirlik tərəfindən 646,4 min (o cümlədən 142 Çağrı mərkəzi vasitəsilə 421,7 min, ərizə, onlayn, elektron poçt ilə edilən 155 min, sosial şəbəkələr (facebook, instagram və s.) vasitəsilə 61,2 min, Nazirliyin Aparatı üzrə iş telefonları vasitəsilə 8,5 min) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

Oxşar xəbərlər
OTACI