Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paytaxtın 548 küçəsi dezinfeksiya edildi

01 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün avqustun 1-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 9-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 548 küçədə dezinfeksiya işləri görülüb.

Press.az xəbər verir ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarında orta hesabla gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm 2 qat artmışdır.

Qeyd olunmalıdır ki, Avropanın iri dövlətlərinin heç birində böyük vəsait tələb edən belə genişmiqyaslı tədbirlər sistematik görülmür. Ölkəmizdə bu işlərin həyata keçirilməsi dövlət başçısınin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcəkdir.

Oxşar xəbərlər
OTACI