Fransanın "Strasburq" klubunun 5 futbolçusu koronavirusa yoluxub.
Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, adları açıqlanmayan oyunçulardan COVİD-19 üçün götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Onların evdə karantin şəraitində qaldığı bildirilir.
Komandanın bu gün "Nans"la keçirəcəyi yoldaşlıq oyunu təxirə salınıb.