logo
First slide

Putin koronavirus xəstəxanasını ziyarət etdi, heç kim onu tanımadı - VİDEO

01 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus epidemiyası zamanı Kommunarkada 40 saylı xəstəxanaya baş çəkən Rusiya Prezidenti Vladimir Putini həkimlər və tibb işçiləri tanımayıb.

Bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində klinikanın baş həkimi Denis Protsenko məlumat verib.

Dövlət başçısı klinikada sarı qoruyucu kostyumda hərəkət edib.

“Prezidenti ancaq reanimasiya şöbəsində və qəbul bölməsində görən həkimlər, tibb bacıları sarı qoruyucu kostyumda olan adamın kimliyini axşam televiziya xəbərlərindən öyrəniblər”, - deyə Protsenko etiraf edib.

Ziyarət mart ayında, Rusiyadakı COVID-19 epidemiyası yayılmağa başlayanda baş verib. Həmin vaxt prezident baş həkimlə danışmış, pasiyentləri ziyarət etmişdi.

Bir neçə ay sonra - iyun ayının sonunda - Putin “qırmızı zona”ya etdiyi səfərin mənasını açıqlamışdı:

“Hesabatlardan öyrənmək başqa, özün gəlib hər şeyə yerində baxmaq başqa. Mən prinsipcə nə baş verməsindən asılı olmayaraq, hər zaman bu cür hərəkət etmişəm”.

Onun sözlərinə görə, hamı bu qərara qarşı olub.

Oxşar xəbərlər