Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəşad Mahmudov: “Növbəti sərt məhdudlaşdırıcı tədbirlər...” – VİDEO

01 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyası ilə mübarizədə digər bir sıra ölkələrin üzləşdikləri acınacaqlı durumla qarşılaşmamağımızın əsas səbəbi Prezident İlham Əliyevin vaxtında düşünülmüş qabaqlayıcı addımlar atması oldu.

Bunu müsahibəsində millət vəkili Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə sahəsində mühüm işlər görülür: yeni xəstəxanalar açılır, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. Əslində, koronavirus infeksiyasının təhlükəli vəziyyət aldığı andan etibarən Azərbaycan hökuməti dərhal ölkədə xəstəliyi nəzarət altına ala bildi.

Hazırda 9 modul tipli xəstəxana istifadəyə hazırdır. 10-cu xəstəxananın isə avqust ayında istifadəyə verilməsi gözlənir. Ümumilikdə modul tipli xəstəxanaların yaradılmasını nəzərdə tutan proqramın icrası nəticəsində əlavə 2 min çarpayı fondu yaradılıb. Hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi isə həll olunur.

Rəşad Mahmudov bildirib ki, dövlət vətəndaşların tezliklə sağalması və ağır vəziyyətdən az itkilərlə çıxmaq üçün bütün imkanlarını səfərbər edib. Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və onların müasir tibbi avadanlıqlarla təchiz olunması koronavirusla uğurlu mübarizə aparmağa imkan verib.

Millət vəkili onu da qeyd edib ki, may ayının əvvəlində aparılan yumşalma siyasəti düzgün addım oldu. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Ancaq xəstələrin sayı dərhal artmağa başladı və ölkə mənfi dinamika fazasına daxil oldu. Növbəti sərt məhdudlaşdırıcı tədbirlərdən sonra isə müsbət dinamika yenidən təmin edildi. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Bu isə aparılan tədbirlərin nə dərəcədə effektiv olduğunu bir daha göstərdi. Pandemiyadan az itkilərlə çıxmaq üçün isə vacib olan üç şərtə vətəndaşların əməl etməsi tövsiyə olunur. Ümumilikdə isə koronavirus xəstəliyi yaş tanımır. Yaşlı, cavan - hər kəs təhlükə altındadır. Ona görə də verilən tövsiyə və qoyulan qaydalara əməl etmək hər bir vətəndaşın borcudur.

 

Oxşar xəbərlər
OTACI