Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" "Neftçi"yə qalib gəldi - Yenilənib

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Press.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda minimal hesabla qalib gəlib- 1:0.

19:30 "Qarabağ" – "Neftçi" - 1:0

Qol: Bədavi Hüseynov, 50
Qəbələ şəhər stadionu

53-cü dəqiqədə "Qarabağ"dan Filip Ozobiç penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI