Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

La Liqadan De Byaziyə təbrik - Şəkil

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Canni De Byazi millimizə baş məşqçi təyin olunması münasibətilə İspaniya La Liqasından təbrik alıb.

Press.az xəbər verir ki, çempionatın rəsmi Feysbuk səhifəsindəki paylaşımda italiyalı mütəxəssislə yanaşı, AFFA-ya da təbrik ünvanlanıb: “Keçmiş La Liqa məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçi vəzifəsinə təyin olunması münasibətilə təbrik edirik. Təbriklər AFFA”.

AFFA-nın təbriki Azərbaycan dilində çatdırılıb.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis İspaniyada "Levante" və "Alaves"i çalışdırıb.

Xatırladaq ki, ötən gün millimizə təyinatı rəsmən açıqlanan De Byazinin AFFA ilə sözləşməsi UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI