Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FİDE-nin yeni reytinq SİYAHISI

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Press.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki  yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.

Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə 2 pillə geriləyərək, 91-ci pillədə yer alıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2863 xal var.

Qadın şahmatçılarımız arasında isə Günay Məmmədzadə 29-cu, bir pillə irəliləyən Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə bir pillə irəliləyərək, 86-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI