Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda daha 215 nәfәr koronavirusdan öldü

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötәn sutka әrzindә daha 215 nәfәr koronavirusdan (COVID19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 16 766 nәfәrә yüksәlib.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 674 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 304 204 nәfәrә çatıb. Virus daşıyıcılarından 4 021 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 263 519 nәfәrin koronavirusdan sağaldığını deyib.
Bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, İlam, Rәzәvi Xorasanı, Kirman Şimali Xorasan, Simnan, Lorestan vә Hörmüzqan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,45 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Oxşar xəbərlər
OTACI