logo
First slide

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 500 min manat ayrılıb

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Press.az xəbər verir ki, sərəncamla İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Oxşar xəbərlər