Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda bayram namazı qılındı - Video

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.

Press.az-ın məlumatına görə, bayram namazı məhdud sayda din xadiminin iştirakı ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidində həyata keçirilib. Pandemiya ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə keçirilməyib. Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı qılıb.

Bildirək ki, qılınan bayram namazı canlı olaraq televiziya və sosial şəbəkələr üzərindən yayımlanıb.

Qeyd edək ki, avqustun 31-1-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

Oxşar xəbərlər
OTACI