Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda çətənə bitkiləri yetişdirən şəxslər saxlanılıb

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Vilvan kənd sakinləri T.Şükürov və E.Toqanov saxlanılıblar.

Onların Veravul kəndindəki boş torpaq sahələrindən birində kanalın içərisində aqrotexniki qulluq göstərməklə əkib-becərdikləri 80-150 santimetr hündürlüyündə, ümumi çəkisi  45 kiloqramdan artıq 78 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər
OTACI