logo
First slide

Avropa COVID-19-un müalicəsi üçün bu dərmandan istifadə edəcək

31 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqı (Aİ) COVID-19 xəstələrinin müalicəsində istifadə üçün "Remdesivir" antiviral dərmanı almağa dair razılıq əldə edildiyini bildirib.

Aİ Komissiyası dərman tədarükü üçün ABŞ-ın "Gilead Sciences" dərman şirkəti ilə müqavilə bağlandığını açıqlayıb.

Yeni növ koronavirusun müalicəsində istifadə üçün Aİ-dən rəsmi təsdiq almış ilk dərman "Remdesivir"in istifadəsi avqust ayından etibarən Aİ ölkələri və Böyük Britaniyada mümkün olacaq.

Qeyd edilir ki, 30 min xəstənin müalicəsi üçün 63 milyon avro ödəniləcək.

Nəzərinizə çatdıraq ki, hazırda remdesivirdən başqa heç bir digər antiviral dərmanın koronavirusa qarşı effektivliyi sübut olunmayıb. Remdesivirin yeganə "mənfi cəhəti" onun baha olmasıdır.

Milli.az

Oxşar xəbərlər