Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaşda qəza - Ölən və yaralanan var + Foto

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaşda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Press.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb.

Belə ki, Ağdaş sakini, 1959-cu il təvəllüdlü Qafarov Üzeyir Tahir oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Göyçay rayon sakini Siyavuş Qafurovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Hyundai"ın sürücüsü S.Qafurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin - Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib isə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI