Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərişıq” Qurban bayramında da gücləndirilmiş rejimdə işləyəcək

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirib.

Bunu Press.az-a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu bildirib. 

 

Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar olaraq ilk güdən etibarən “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin  Qurban bayramı günlərində də  istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib.

 

Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün  bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlərimiz bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

 Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş  təklif və şikayətlər dərhal icraya yönəldilir. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir. Bir daha xalqımızı və bütün müsəlman aləmini Qurban bayram münsibətiylə təbrik edirik!

Oxşar xəbərlər
OTACI