Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərsu” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində işləyəcək

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən Press.az-a bildirilib ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bu günlərdə içməli su təchizatında hər hansı planlaşdırılmış məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.

Xüsusi karantin günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Oxşar xəbərlər
OTACI