logo
First slide

Kreml Belarusda “Vaqner” döyüşçülərinin saxlanılmasına münasibət bildirib

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Moskva Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı tam məlumata malik deyil”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Moskva Rusiya səfirinin Belarus Xarici İşlər Nazirliyində (XİN) görüşdən sonra saxlanılan rusiyalılar barədə ətraflı məlumatlar əldə edəcəyinə ümid edir. Bu gün bizim səfir Minskdə, XİN-də həmkarları ilə görüşür. Ona görə də ümid edirik ki, bu görüş nəticəsində, eləcə də xüsusi xidmət orqanlarının təmas kanalları nəticəsində baş verənlər haqqında ətraflı məlumat alacağıq. Sözsüz ki, saxlanılan Rusiya vətəndaşlarının hüquqlarının tam qorunacağına ümid edirik”, - deyə D. Peskov vurğulayıb.

Kremlin sözçüsü Belarusda saxlanılan döyüşçülərin Ukrayna vətəndaşlığının olmasına da münasibət bildirib: “Biz onların Ukrayna vətəndaşlığını tanımırıq. Onlar Rusiya vətəndaşlarıdırlar”.

Qeyd edək ki, dünən Belarusda Rusiyanın “Vaqner” özəl hərbi qurumunun 32 döyüşçüsünün saxlanılması ilə bağlı məlumat yayılıb.

APA

Oxşar xəbərlər