Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı ilə əlaqədar qarşıdakı 4 qeyri-iş günündə gücləndirilmiş rejimdə çalışacaq.

Bu barədə Press.az-a  “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, bununla bağlı qurumun məsul şəxslərindən ibarət növbəlilik sistemi yaradılıb. Müştəri xidmətləri üzrə müraciətlər Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində qəbul olunacaq. Hər 3 xidmət sahəsində 31 iyul, 01 və 03 avqust tarixlərində səhər saat 10:00-dan 16:00-dək, yalnız 02 avqust tarixində səhər saat 10:00-dan saat 14:00-dək xidmətlər təqdim olunacaq.

Əsasən itirilmiş və ya zədələnmiş kartların əvəzlənməsi, koda düşmüş əməliyyatların bərpası və digər ən zəruri xidmətlər göstəriləcək ki, abonentlərin qaz təchizatında hər hansı problem yaşanmasın.

Bundan başqa, “Azəriqaz”ınn “104 Operativ Xidmət”i də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. 104/185 saylı Çağrı mərkəzinin əməkdaşları çalışacaqlar ki, daxil olan müraciətlər operativ şəkildə müvafiq istiqamətlərdə icraya yönəldilsin.

Eyni zamanda abunəçilər (+994 77) 3 104 104 saylı daim aktiv olan "Whatsapp" nömrəsinə də yazılı, görüntülü, səsli mesajlarınızı göndərə bilərlər.

Oxşar xəbərlər
OTACI