Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb - RƏSMİ

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız müxtəlif bədən xəsarətləri alıb”.

Press.Az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, Niderland, Belçika, Polşa, ABŞ, Rusiya, Ukraynada vətəndaşlarımız xəsarət alıb:

“Onların indiki vəziyyəti stabildir. Hər biri ilə əlaqə saxlanılır. Ukraynada tələbələrlə bağlı məsələ nəzarətə götürülüb və araşdırma aparılır. Xəsarət alanlar içərisində Azərbaycan vətəndaşları, həmin ölkədə oturum alanlar və həmin ölkələrin vətəndaşları var”.

“Belçikada xəsarət alanların bir neçəsi Belçika və Niderland vətəndaşlarıdır. Vəkillərlə məsləhətləşmələr aparılır, istintaq davam edir. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək ki, hansı iş üzrə vəkillər məşğul olur.

Azərbaycan vətəndaşları üçün prosedur qaydalar başqa, həmin ölkə vətəndaşları üçün isə bu qaydalar başqadır. Bütün işlər nəzarətimizdədir”, - deyə sədr qeyd edib.

Oxşar xəbərlər
OTACI