Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Bu çərçivədə bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib.  Bakı Nəqliyyat Agentliyindən Press.az-a verilən məlumata görə, 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan 36-sı yeni müasir tipli pavilyondur. İşlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb. Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb.  
Qeyd olunan işlər daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq həyata keçirilib.

Oxşar xəbərlər
OTACI