Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Los Anceles meri erməni təxribatını pislədi

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın burada yolverilməz olduğunu vurğulayıb. E.Qarsetti Los Ancelesdə yaşayan Azərbaycan icmasının  təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Oxşar xəbərlər
OTACI