Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qadına və onun atasına açdığı atəşlə xəsarət yetirən qonşu saxlanıldı

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 29-da saat 13 radələrində Masallı Rayon Polis Şöbəsinə Əhmədli kəndi ərazisində kənd sakini H.Cəfərovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu V.İsmayılova və onun atasına xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.

Bu barədə Press.az-a Masallı rayon Prokurorluğundan məlumat verilib.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən H.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə (Adam öldürməyə cəhd) cinayət işi başlanmışdır. Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI