Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib - VİDEO

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkirdə güclü külək təsərrüfatlara, evlərə ciddi ziyan vurub. Bəzi kəndlərdə elektrik və rabitə xəttləri sıradan çıxıb.

Press.az Baku TV-yə istinadən xəbər verir ki,Şəmkirdə başlayan güclü küləklə müşahidə olunan leysan yağış bir sıra ciddi problemlərə yol açıb. Belə ki, rayon mərkəzi, eləcə də Səbət Bazarı, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndlərində mənzillərin dam örtükləri uçub, iri gövdəli ağaclar aşıb. Həmçinin elektrik və rabitə xətləri sıradan çıxıb. İstixanalar və meyvə-tərəvəz məhsulları yararsız hala düşüb.

Ilkin məlumata görə, təbiət hadisəsi nəticəsində 40 fərdi evə ziyan dəyib. Təxminən 20 elektrik dirəyi sıradan çıxıb. 18 iri gövdəli ağac tamamilə aşıb. Yaranan vəziyyətin aradan qaldırılması istiqamətində rayon İcra Hakimiyyəti yanında yaradılan xüsusi komissiyanın rəyinə əsasən güclü külək və sel xarakterli yağış 24 yaşayış məntəqəsində fəsadlar törədib.

Hazırda dəymiş ziyanın dəyərinin tam hesablanması istiqamətində işlər davam etdirilir.

 

Oxşar xəbərlər
OTACI