logo
First slide

Dollarla bağlı VACİB XƏBƏR

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-025 faiz səviyyəsində saxlayıb.

Press.az xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

“İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - tənzimləyicinin saytındakı xəbərdə deyilir.

Qeyd edək ki, FED uçot dərəcəsini iyunun 10-da da 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Report

Oxşar xəbərlər